Zaxarova: Suriyadakı bütün əməliyyatlar Dəməşk ilə razılaşdırılmalıdır

0
1644

Suriya ərazisində baş verən hər şey Dəməşklə əlaqələndirilməlidir, çünki söhbət suveren bir dövlətdən gedir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova təşkil olunmuş brifinq zamanı deyib.
“Terrorla mübarizə fəaliyyətləri Dəməşqlə əlaqələndirilməlidir. Suveren bir dövlətdən bəhs etdiyimizi nəzərə alsaq, bu ilk və zəruri şərtdir” – Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova qeyd etdi.
Onun sözlərinə görə, bu, Rusiyanın, o cümlədən Türkiyənin keçirdiyi əməliyyatlarla bağlı heç bir dəyişikliyə məruz qalmayan prinsipial mövqeyidir.