Putin jurnalist Terexovu yubileyi münasibətilə təbrik etdi

0
160

Rusiya Prezidenti Vladimir Putin “İnterfaks” agentliyinin baş vitse-prezidenti Vyaçeslav Terexovu 80 illik yubileyi münasibətilə təbrik etdi.
Sözügedən təbrik teleqramı Kremlin rəsmi saytında dərc edilib.
“Həmkarlar və sizinlə birlikdə işləyən hər kəs seçdiyiniz işə sonsuz sədaqətinizi, Rusiya mediasının inkişafına verdiyi böyük töhfəni və insanlara qarşı həmişə mehriban münasibətinizi yüksək qiymətləndirir” – Kremlin rəsmi saytında dərc edilən teleqramda deyilir.
Olkə başçısı Terexova uğurlar, cansağlığı və ən xoş arzularını çatdırdı.