Tuvada ağır yol qəzası baş verdi: 4 nəfər öldü

0
2779

Tuvada magistral yolda VAZ-21074 markalı avtomobil ZIL markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində biri yeniyetmə olmaqla 4 nəfər dünyasını dəyişib.
Bu barədə Daxili İşlər Nazirliyinin Tuva üzrə baş idarəsi məlumat verdi.
Məlumata əsasən, hadisə cümə axşamı Tuvanın Qızıl rayonunda baş verib.
“İlkin məlumatlara görə, məsafəyə qaydalarına əməl etməməməklə, şərqə doğru hərəkət edən VAZ-21074 markalı minik avtomobilinin 61 yaşlı sürücüsü eyni istiqamətdə hərəkət edən ZIL-130 markalı avtomobillə toqquşub. Yol qəzası nəticəsində sürücü və avtomobilin üç sərnişini yerindəcə dünyasını dəyişdi” – Daxili işlər nazirliyindən verilən məlumatda deyilir.
Hazırda faktla bağlı cinayət işi açılıb, qəzanın detalları araşdırılır.