Putin hökumətlə səhiyyənin modernləşdirilməsi məsələlərini müzakirə edəcək

0
115

Rusiya prezidenti Vladimir Putin Avqustun 20-si səhiyyə xidmətinin modernləşdirilməsi ilə bağlı hökumət üzvləri ilə görüş keçirəcək, xəstəxanalar və klinikaların vəziyyəti və tibb işçilərinin maaşları səviyyəsini müzakirə edəcək.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Vladimir Putin Avqustun 20-də tibbi yardımın modernləşdirilməsi ilə bağlı iclas keçirəcək” – verilən məlumatda deyilir.
İclasda Prezident Administrasiyasının rəhbəri Anton Vaino, hökumət başçısının birinci müavini – maliyyə naziri Anton Siluanov, hökumət başçısının müavini Tatyana Golikova, prezidentin köməkçisi Andrey Belousov, səhiyyə naziri Veronika Skvortsova və rəqəmsal inkişaf, rabitə və kütləvi rabitə naziri Konstantin Noskov iştirak edəcək.
Qeyd edək ki, iclas zamanı xəstəxana və poliklinikaların maddi-texniki vəziyyəti, habelə tibb işçilərinin maaşlarının səviyyəsi və onların mənzillə təmin olunması barədə müzakirələrin aparılması planlaşdırılır.