Çelyabinskda mikroavtobus “Kamaz” ilə toqquşdu: 13 nəfər yaralandı

0
879

Çelyabinskda KamAZ ilə mikroavtobus toqquşdu. Hadisə nəticəsində 13 nəfər yaralanıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi bölgə üzrə baş idarəsinin saytında məlumat verilib.
“Qəza nəticəsində ölən olmayıb, 13 nəfər şəhərin tibb müəssisələrinə müayinəyə göndərilib. Nəticədə biri yeniyetmə olmaqla 7 nəfər xəstəxanaya yerləşdirilib” – Fövqəladə Hallar Nazirliyi bölgə üzrə baş idarəsinin saytında verilən məlumatda deyilir.
Qeyd edək ki, Mikroavtobus Ufadan Nijnevartovsk istiqamətində hərəkət edib. Mikroavtobusda 14 nəfər, yük maşında isə iki nəfər olduğu bildirilir.