Çeçenistanda yanacaq doldurma maşını partladı

0
64

Çeçenistanın Sernovodsk kəndində yanacaq doldurma maşını partladı. Hadisə nəticəsində ölən və xəsarət alan olmadığı bildirilir. Bu barədə Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidmətindən məlumat verildi.
“Çeçenistan Respublikası Sujenski rayonunun Sernovodsk kəndinin kənarında, maye qaz daşıyan avtosistern partlaması baş verib. Xilasedicilər yanğının yaxınlıqdakı binalara yayılmasının qarşısını alıb. Partlayış nəticəsində heç kim xəsarət almayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər sisternin partlaşıy təsirini aradan qaldırıb”, – Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.
Hazırda yanacaq doldurma maşınının partlaması səbəbi müəyyənləşdirilir.