Putin iqtisadi artım tempini qeyri-qənaətbəxş adlandırdı

0
70

Rusiya iqtisadiyyatının artım sürəti qənaətbəxş deyil, daha davamlı və dinamik artım üçün əlavə həll yolları tələb olunur.
Bunu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclas zamanı deyib.
“Əlbətdə temp müsbətdir, amma bütövlükdə dinamika bizi qane edə bilməz. İqtisadi artımın daha davamlı və daha dinamik olmasını təmin etmək lazımdır. Burada hansı əlavə həllərə ehtiyac var, müzakirə edəcəyik” – Rusiya prezidenti Vladimir Putin qeyd etdi.Qeyd edək ki, iclasda Prezident Administrasiyasının rəhbəri Anton Vaino, prezident köməkçisi Andrey Belousov, baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Oreşkin və Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina iştirak edirdilər.