Sverdlovskda ağır qəza baş verdi, ölən və yaralananlar var

0
75

Sverdlovskda iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişin, altı nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdilirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk üzrə baş idarəsindən məlumat verilib.
Verilən məlumata görə, qəza Serov-Sosva-Gari magistral yolunun 77-ci kilometrliyində baş verib. İlkin məlumatlara əsasən, VAZ-21740 markalı avtomobili idarə edən, və sürücülük vəsiqəsi olmayan 26 yaşlı qadın, Serov-dan Gariyə gedərkən hava şəraitini nəzərə almayıb. Qarşı zolağa keçən qadın Ford Focus markalı avtomobillə toqquşub. Nəticədə VAZ-21740 avtobilində olan sərnişin xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda əməliyyat-istintaq qrupu hadisə yerində qəzanın detalların nəzərdən keçirir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.