Rusiya sərhədlərində 27 kəşfiyyat uçuşu qeydə alındı

0
41

Rusiya sərhədlərində həftə ərzində 27 xarici təyyarə kəşfiyyat uçuşu həyata keçirdi. Bu barədə Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qazeti məlumat verdi.
Eyni zamanda, hava hücumundan müdafiə xidməti xarici kəşfiyyat təyyarələrini müşayiət etmək üçün 18 dəfə havaya qalxdı.
“Rusiyanın hava məkanının pozulmasına yol verilməyib” – məlumatda deyilir.
Müdafiə Nazirliyi qeyd edir ki, həftə ərzində Rusiya pilotları döyüş hazırlığı çərçivəsində 97 aerodromda 325 uçuş həyata keçirib.