Ryazanda yol qəzası baş verdi, plən və yaralananlar var

0
85

Rusiyanın Ryazan şəhərində minik avtomobili piyadanı vuraraq ağaca çırpılıb. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu barədə Rusiya Yol polisinin Ryazan vilayəti üzrə baş idarəsindən məlumat verildi.
“Avqustun 30-u saat Moskva vaxtı ilə 0,55-də Ryazan şəhəri Sportivnaya küçəsində, Daewoo Nexia markalı avtomobili idarə edən 23 yaşlı kişi, Xalturin küçəsindən Esenina küçəsi istiqamətində hərəkət edərkən idarəetməni itirərək yolun kənarındakı 45 yaşlı piyadanı vurub və ağaca çırpılıb.
Hadisə nəticəsində Daewoo Nexia markalı avtomobilin iki sərnişini hadisə yerində dünyasını dəyişib” – Yol polisindən verilən məlumatda deyilir.
Hazırda əməliyyat-istintaq qrupu hadisə yerinə qəzanın detallarını araşdırır.