Airbus A320 Yujno-Saxalinsk hava limanında qəza enişi etdi

0
81

Sibir Hava Yollarına məxsus Vladivostok – Yujno-Saxalinsk reysi ilə uçan Airbus A320 təyyarəsi Yujno-Saxalinsk hava limanında qəza enişi etdi.
Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verildi.
“Yerli vaxtla 09:12-də həyəcan siqnalı bütün xüsusi bölmələr ilə təcili xilasetmə işlərinin aparılması üçün hava limanında səfərbər edildi” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Hava limanından verilən məlumata görə, aviaşirkət geri dönüş reysi üçün təyyarəni əvəz etmək qərarına gəlib.
Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin verdiyi məlumata əsasən, 09:37-də təyyarənin pilotu radio naviqasiya cihazlarının işinin tam bərpa olunduğunu bildirdi. Göyərtədə 143 sərnişin və altı ekipaj üzvü olub. Heç birinin tibbi yardıma ehtiyacı olmadığı qeyd edilir.