Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğradı

0
67

Moskva vilayətinin Klinski rayonu, Minino kəndo yaxınlığında yüngül mühərrikli “Sigma” təyyarəsi sərt eniş edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş idarəsindən məlumat verildi.
Təyyarənin göyərtəsində 1966-cı il təvəllüdlü pilot Dmitri Radyuxin və 12 yaşlı qız olub. Pilot hadisə yerində dünyasını dəyişdi, 12 yaşlı uşaq isə onurğa sınığı şübhəsi ilə xəstəxanaya yerləşdirildi.
Təyyarə tamamilə yararsız vəziyyətə düşüb. Yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və hava nəqliyyatının istismarı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.