Putin Ermənistanın keçmiş prezidenti Köçaryanı ad günü münasibətilə təbrik etdi

0
44

Rusiya prezidenti Vladimir Putin həbs edilən Ermənistanın sabiq prezidenti Robert Köçaryana 65 yaşı tamam olması münasibətilə təbrik teleqramı göndərib.
Müvafiq teleqram Kremlin rəsmi saytında dərc edilib.
“65 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Dövlət fəaliyyətinizlə həm ölkədəki, həm də xaricdəki soydaşlarınız arasında layiqli hörmət qazandınız, müasir Ermənistanın inkişafına, Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfələr verdiniz” – təbrik teleqramında deyilir.
Rusiya lideri Köçəryanı Rusiyanın dostu adlandırdı və iki ölkənin müttəfiq münasibətlərinə verdiyi töhfəni qeyd etdi. Putin Ermənistanın keçmiş prezidentinə cansağlığı, zehni güc və dözüm arzulayıb.
Qeyd edək ki, Aprelin 29-da Ermənistan Respublikasının Baş Prokurorluğu Robert Köçaryan, Baş nazirin keçmiş müavini Armen Gevorgyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyanla əlaqəli “1 Mart hadisələri” ilə bağlı ittiham aktını təsdiqləy işi məhkəməyə göndərib.