Putin və Modi bir araya gələcək

0
53

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi sentyabrın 3-ü Vladivostokda tet-a-tet görüş keçirəcək.
Günün sonunda ölkə liderləri birlikdə şam yeməyində iştirak etməyi planlaşdırır.
Bunu jurnalistlərə açıqlamasında Hindistanın Rusiya Federasiyasındakı səfiri Bala Venkateş Varma söyləyib.
“İkitərəfli gündəmdə bir sıra tədbirlər nəzərdə tutulub. İki lider fərdi görüşlərə daha çox vaxt ayıracaq” – Hindistanın Rusiya Federasiyasındakı səfiri Bala Venkateş Varma qeyd etdi.
Səfirin sözlərinə görə, liderlər günün sonunda birgə şam yeməyində iştirak edəcəklər.