Şerementyevo hava limanında iki təyyarə toqquşdu

0
77

Rusiyanın Şerementyevo hava limanında hərəkət zamanı iki təyyarə toqquşdu.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsinin nümayəndəsi məlumat verdi.
Onun sözlərinə görə, hadisə nəticəsində təyyarənin qanadlarına ziyan dəyib.
“Hazırda təyyarədən sərnişinlərin evakuasiyası aparılır” – Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsinin nümayəndəsi qeyd etdi.
Qeyd edək ki, qəzəaya uğrayan təyyarələr “Aeroflot” və “Royal Flight” aviaşirkətlərinə məxsusdur.