Saratov bölgəsində Mi-8 hərbi helikopteri  qəzaya uğradı

0
69

Saratov vilayətinin Sokolovı kəndi yaxınlığında Mi-8 helikopteri qəzaya uğradı.
Bu barədə bölgənin fövqəladə hallar xidmətindən məlumat verildi.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi helikopter uçuş-enmə zolağı boyunca sürətlənərkən çevrilib.
Hadisə zamanı helikopterin göyərtəsində sərnişinlərin olmadığı bildirilir.
“Mİ-8”in pilotları isə helikopterdən vaxtında çıxmağa müvəffəq olublar.
İlkin məlumatlara əsasən, helikopterin çevrilməsinə səbəb şassilərin birinin dayaq hissəsinin sınması olub.