Dağıstanda 1999-cu ilin aviasiya bombası tapıldı

0
37

Dağıstanın Karabudağkənd rayonu ətrafında 1999-cu ilə aid aviasiya bombası tapıldı. Hazırda bombanın zərərsizləşdirmə işləri aparılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş idarəsi məlumat verdi.
“Moskva vaxtı ilə 12.30-da növbətçi hissəyə, Karabudağkənd rayonu, Dorgeli kəndinin kənarında, 2,5 metr dərinlikdəki yarıqda 1999-cu ilə aid aviasiya bombasının tapıldığı barədə məlumat daxil oldu” – Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş idarəsindən verilən məlumatda deyilir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyat qərargahından verilən məlumata görə, hazırda bombanın zərərsizləşdirilməsi işləri aparılır.