Lipetsk bölgəsində iki Su-34 qırıcısı toqquşdu

0
61

Rusiyanın Lipetsk vilayətində təlim uçuşları zamanı iki Su-34 qırıcı təyyarəsi toqquşdu.
Bu barədə Rusiyanın REN TV telekanalı məlumat verdi.
Telekanalın verdiyi məlumata əsasən, təyyarələr vizual əlaqənin itkisi səbəbindən havada iki dəfə bir-birinə dəyib.
Təyyarələrin ciddi zədələnməsinə baxmayaraq pilotlar qırıcıları yerə endirməyə müvəffəq olub. REN TV xəbər verir ki, hadisə zamanı heç kimin xəsarət almayıb.
Qeyd edək ki, Lipetsk vilayətində təlim uçuşları zamanı iki Su-34 qırıcı təyyarələrinin toqquşması ilə bağlı hələ ki rəsmi məlumat verilməyib.