Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çarpılıb, 3 nəfər ölüb

0
46

Rusiyanın paytaxtı Moskvada minik avtomobilinin metro stansiyasının vestibülünə çarpılması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə yerli Fövqəladə Hallar Xidmətinin nümayəndəsi açıqlama verib.

Hadisə paytaxtın şimalında yerləşən Mərkəzi Dairəvi “Okrujnaya” stansiyasında baş verib.

Avtomobildə 5 nəfər olub.

Hadisənin səbəbi araşdırılır.