Pentaqon Rusiya və Çinin hərbi potensialının artmasından narahatdır

0
21

ABŞ Rusiya və Çini əsas rəqib kimi görür, Vaşinqtonun xüsusi narahatlığı Moskva və Pekinin kosmosda və kiberməkanda imkanlarının genişləndirilməsidir.
Belə bir bəyanatla ABŞ-ın müdafiə naziri Mark Esper Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxış edib.
“Böyük dövlətlər arasında yeni bir rəqabət dövrünə qədəm qoyduq. – Birincisi, Çin, ikincisi, Rusiya. Rəsmi Moskva ABŞ Müdafiə Nazirliyi üçün əsas fəaliyyət sahəsini təmsil edir. Hər iki ölkə silahlı qüvvələrini, o cümlədən kosmos və kiber məkandasürətlə modernləşdirir və imkanlarını genişləndirir” – deyə Esper qeyd edib.
Nazirin vurğuladığına görə o, “qoşunların az intensivli münaqişələrə uyğun olan hərbi texnika ilə təmin edilməsindən, böyük dövlətlər arasındakı rəqabət dövrünə uyğun olan texnologiyaya keçmək istəyir.
Qeyd edək ki, Xarici Əlaqələr Şurası ABŞ-ın beynəlxalq münasibətlər problemləri ilə məşğul olan ən qədim qeyri-kommersiya təşkilatlarından biridir. Şura 1921-ci ildə qurulub. Təşkilat üzvlərinin sayı 4,9 minə yaxın keçmiş yüksək vəzifəli dövlət məmurları, kəşfiyyat məmurları, bank və akademiya nümayəndələridir.