Rusiyalı turistlər Avropaya  meyvə-tərəvəz gətirə bilməyəcəklər

0
18

Dekabr 14 etibarən Avroapa Birliyində fitosanitar sertifikatı olmayan bitkilərin və bitki məhsullarının idxalını məhdudlaşdıran yeni qanun layihəsi qüvvəyə minir. Qanuna əsasən fiziki şəxslərin Avropa Birliyi xaricindən fitosanitar sertifikatı olmayan bitki və bitki məhsullarının idxalını məhdudlaşdırır. Müvafiq sertifikatın olacağı təqdirdə, iki kiloqramdan çox olmayaraq meyvə, tərəvəz və giləmeyvə məhsullarının idxalına icazə veriləcək. Fitosanitar tələblər banan, xurma, ananas və hindistan cevizinə şamil olunmur.
Qeyd edək ki, idxal nəzarəti avtomobil və dəniz vağzallarında, hava limanlarında olmaqla bütün giriş nöqtələrində yaradılacaq.