Lukaşenko Belarusun Rusiya ilə inteqrasiyasına qarşı keçirilən mitinqi şərh etdi

0
64

Rusiya Federasiyası ilə inteqrasiyanın dərinləşməsinə qarşı etirazlar kütləvi deyil və Belarus müxalifəti yaxşı bilir ki, dövlət başçısı respublikanın suverenliyinin qorunmasının qarantıdır. Belə bir bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.
“Bunların kütləvi aksiyalar olduğunu söyləməyə ehtiyac yoxdur. Dörd yüz nəfər – müxalifətin özəyi – bayraqlar qaldırdı. Kütləvi informasiya vasitələrində çox sayda insan görünür: xeyr, bunlar işə gedən, bəziləri işdən, bəzisi mağazaya gedən adi insanlardır” – deyə Belarus prezidenti qeyd edib.