Əfqanıstanlı politoloq Rusiyanın Kabildəki səfirliyi yaxınlığında öldürülüb

0
604

Əfqanıstanlı politoloq Vahid Mojdah Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhimi bildirib.

“Gecə saat 5 radələrində politoloq Vahid Mojdah Kabildəki Rusiya səfirliyi yaxınlığında öldürüldü. Polis araşdırma aparır”, – deyərək agentlikdən açıqlama verilib.

“Tolo News” telekanalının məlumatına görə, siyasətçi yaxınlıqdan motosikletlə keçən iki naməlum şəxs tərəfindən güllələnib.