Azərbaycanın Baş naziri Əli Əsədov G.V. Plexanov adına Rusiya İqtisad Universitetində olub.
Elmi Şurada çıxış edən Azərbaycan hökumətinin başçısı ulu öndər Heydər Əliyevin müstəqillik dövründə apardığı iqtisadi islahatların mahiyyəti və hədəfləri haqda danışıb, hərtərəfli düşünülmüş neft strategiyasının bugünkü müsbət nəticələrini qeyd edib.
Baş nazir Prezident İlham Əliyevin bazar iqtisadiyyatı istiqamətində apardığı islahatlar, müasir tələblərə cavab verən enerji siyasətinin əsas prinsipləri və perspektivləri, investisiya mühiti haqda məlumat verib, iqtisadi və enerji siyasətinin qənaətbəxş sosial nəticələri haqda danışıb.
Baş nazir son illərdə Azərbaycanın yüksək beynəlxalq reytinqlər qazandığını qeyd edib.
G. V. Plexanov adına Rusiya İqtisad Universitetinin Elmi Şurasının qərarı ilə Baş nazir Əli Əsədova “Fəxri doktor” adı verilib və bugünkü tədbirdə doktorluq mantiyası təqdim olunub.