Bakıda riskli əməliyyat – Yaşlı qadın böyrəyini oğluna verdi – FOTO

0
392

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 65 yaşlı qadının böyrəyi 30 yaşlı oğluna köçürülüb.

Yeniavaz.com xəbər verir ki, RMDM-dən Oxu.Az-a verilən məlumata görə, əməliyyat “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın sözlərinə görə, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı hesab edilməsində olub:

“Resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi. Donorun yaşlı olması əməliyyatın riskini artırırdı. Komandamızın birgə əməyi sayəsində bu riskin öhdəsindən gəldik, əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazıldılar”.