NATO baş katibi Rusiya ilə dialoqa çağırır

0
353

NATO-nun baş katibi Jens Stoltenberq Rusiya ilə İNF ilə bağlı dialoqun vacibliyini vurğuladı.
“İNF-nin pozulması kimi çətin mövzularda görüşmək və müzakirələr aparmaq vacibdir. Dialoq həmişə vacibdir, əsas da ciddi fikir ayrılıqı olanda” – deyə Stoltenberq qeyd edib.
Fevralın 1-i ABŞ prezidenti Donald Tramp və dövlət katibi Maykl Pompeo Vaşinqtonun 2 fevral tarixli İNF müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini dayandırdığını və altı aydan sonra, Rusiyanın müqaviləni şərtlərini pozduğuna görə müqavilədən imtina edəcəyini bildirib.
Buna cavab olaraq, Rusiya prezidenti Vladimir Putin fevralın 2-i Moskvanın müqavilədə iştirakını dayandırdığını açıqladı.