Moskva şəhərlər arasında ilk 10-luğa düşdü

0
240

Xarici vətəndaşlar arasında sorğuda turizm üçün ən cazibədar şəhərlər arasında Moskva 10-cu yerdə qərarlaşdı. İlk üçlüyə, müvafiq olaraq Roma, Vyana və Afina daxil oldu.
Bu barədə Rusiyada İctimai Sektorla İş üzrə Təcrübə Proqramı rəhbəri Konstantin Polunin məlumat verdi.
Polunin anketdə, Böyük Britaniya, Almaniya, İtaliya, Cənub-Şərqi Asiya, və Amerika daxil olmaqla 10 ölkədən tez-tez səyahət edən 2 mindən çox respondent iştirak etdiyini bildirdi.
Mütəxəssis, 2012-ci ildən bu yana Moskvada yerli turist axınının  40%, xarici turistlərin isə 7% artdığı da qeyd etdi.