Rusiya və Yaponiya nümayəndələri silahların idarə olunması məsələlərini müzakirə etdi

0
202

Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov və Yaponiya Xarici İşlər Nazirinin müavini Takeo Mori iki ölkə Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüşü zamanı silahların idarə edilməsi məsələlərini müzakirə etdilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
Məlumatda bildirilir ki, iki ölkə nümayəndəsi arasında qlobal və regional təhlükəsizliyin aktual məsələləri, kütləvi qırğın silahlarının yayılmaması və silahların idarə edilməsi, yeni çağırışlara və təhdidlərə qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparıldı.