Rusiyanın Qolan ərazisindəki mövqeyi dəyişməz qalır

0
264

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, Qolan ərazisi İsrailin işğal etdiyi Suriya ərazisidir və Rusiyanın bununla bağlı mövqeyi dəyişməz olaraq qalır.
Bir müddət öncə ABŞ prezidenti Donald Tramp Twitter-də bildirdi ki, ABŞ-ın Qolan ərazilərini İsrail torpağları kimi tanımağın vaxtı gəldi Onun sözlərinə görə, İsrailin və bütövlükdə regionun təhlükəsizliyi üçün belə bir addım atmağın vaxtıdır.
Xarici İşlər Nazirliyi, Rusiyanın bölgədə sabitliyin davam etdirilməsində maraqlı olduğunu vurğuladı.
Nazirlik hesab edir ki, sabitlik istiqamətində vacib addım Birləşmiş Millətlər Təşkilatının Müşahidəçi Qüvvələrini Golan ərazisinə geri qaytarmaqdır.