Moskvada min nəfərə yaxın şəxs təxliyyə edildi

0
274

Moskvanın şimalında yerləşən XL ticarət mərkəzindən 850 nəfərdən çox insan evakuasiya edildi. Buna səbəb ticarət mərkəzində yerləşdirilən partlayıcı qurğu olması haqda daxil olan anonim zəng oldu.
Bu barədə paytaxtın Fövqəladə Hallar Xidmətinin xüsusi nümayəndəsi məlumat verdi.
Nümayəndə, “ daxil olan anonim zənqdən sonra, Dmitrovskiy prospektiŞ ev 89 ünvanında yerləşən XL ticarət mərkəzindən 850 nəfərdən çox insanı evakuasiya etmişik” dedi.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda ticarət mərkəzinin ərazisini yoxlayırlar.