Moskvada odlu silah istehsalı üçün nəzrdə tutulan sex aşkarlandı

0
376

Moskvada hüquq mühafizə orqanları odlu silah və döyüş sursatı istehsalı üçün qeyri-qanuni fəaliyyət göstərən sex aşkar etdi.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Moskva üzrə  rəhbəri Yuri Titov məlumat verdi.
Onun sözlərinə görə, sex Nikulinskaya küçəsində yaşayış evlərinin birində yerləşdir.
Əməliyyat zamanı əvvəl məhkum olunmuş 45 yaşlı Moskva şəhər sakini saxlanıldı,silah və döyüş sursatının istehsalı üçün vasitələr, TT tabancası və onun 15 mərmisi aşkar olunaraq müsadirə olundu.
Faktla bağlı cinayət işi açıldı, araşdırmalar davam edir.