Rusiya, ABŞ və Çinin xüsusi nümayəndələri Vaşinqtonda görüşdü

0
268

Rusiya Federasiyasının, ABŞ-ın və Çinin xüsusi nümayəndələri Vaşinqtonda bir araya gələrək, Əfqanıstanda sülhün bərqərar olması ilə bağlı müzakirələr apardı.
Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi,
Rusiya Xarici İşlər Nazirliyinin Asiyanın İkinci departamentinin direktoru Zamir Kabulov məlumat verdi.
Məlumatda bildirilir ki, Rusiya, Çin və ABŞ-ın xüsusi nümayəndələri martın 21-22-də Vaşinqtonda görüşərək, Əfqanıstanda sülh prosesi ilə bağlı fikir mübadiləsi apardı. Nümayəndələr, Əfqanıstanda sülhün, rifahın və təhlükəsizliyin təmin edilməsi üçün birgə səy göstərdiklərini, ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini vurğuladılar.
Qeyd edək ki, 3 ölkə nümayəndəsi bu mövzunun müzakirəsini davam etdirməyə razılaşdı.
Növbəti görüşün dəqiq tarixi və yeri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq