Uruqvaylı müğənni Putindən vətəndaşlıq istədi

0
350

Uruqvaylı müğənni və aktrisa Natalya Oreiro, Rusiya Federasiyasının prezidenti Vladimir Putindən Rusiya vətəndaşlığını istədi. Aktrisa, istəyini Birinci kanalda yayımlanan “Veçerniy Urgant” verlişində səsləndirdi.
Aktrisa, aparıcı İvan Urgant ilə söhbətində, Rusiyaya 15-ci dəfə gəldiyini bildirdi.
Oreiro, “Bircə qaldı Putinin mənə rus pasportunu verməyi” dedikdə, aparıcı ona birbaşa prezidentə müraciət etməyi təklif etdi.
Bu zaman O, “Putin mənə paport ver!” deyə, prezidentə müraciət etdi.
Uruqvaylı müğənni Jerar Depardyedən daha çox rus olduğunu da bildirdi.
Qeyd edək fransalı aktyor Jerar Depardye 2013-cü ildə Putinin sərəncamı ilə Rusiya vətəndaşlığını əldə etdi.