Washington Post, Rusiya ve ABŞ münasibətlərinin pisləşməsində Boltonu günahlandırdı

0
382

Suriyanın cənubunda atəşkəs razılaşmasını yeniləmək üçün Rusiya ilə ABŞ arasındakı danışıqlar “böyük ölçüdə dağıldı”. Bunun əsas səbəbi isə ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi Con Boltonun tutduğu mövqedir.
Bu fikirləri,  Vaşinqton administrasiyasının yüksək vəzifəli şəxsə istinadən The Washington Post qəzeti öz məqaləsində tərc etdi.
Qəzet, Qolan ərazisi ilə əlaqədar Rusiya Federasiyasının və ABŞ-ın danışıqlarını da xatırlatdı. Nəşrə görə, ötən il İsrail Baş naziri Binyamin Netanyahu, Amerika prezidentinin ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi ilə əlaqədar açıqlamasından bir müddət sonra, Qolan məsələsində Donald Trumpa müraciət etdi.
Lakin, Bolton ötən ilin yazında milli təhlükəsizliyinə dair prezident məsləhətçisi postuna gəlməyənə qədər bu mövzunun müzakirəsi başlamamışdı.
Qeyd edək ki, Bolton 2018-ci ildə, İran qoşunlarının Suriya ərazisindən çıxmayana qədər, ABŞ qoşunlarını Suriyadan çıxartmamağa təkid edirdi.