İnquşetiya rəhbəri nazirliklərdə yoxlamaların səbəbini açıqladı

0
225

Hüquq-mühafizə orqanları əməkdaşları İnquşetiya Respublikasının rəhbərliyinin istəyi ilə nazirliklərdə və idarələrdə yoxlamalar aparır.
Bu barədə bölgə rəhbəri Yunus-bəy Yevkurov məlumat verdi.
“Bu qrup bir sıra sahələr və cinayət işləri ilə bağlı bizim öz istəyimizlə gəlib” – Yevkurov bildirdi.
Bir müddət öncə bildirildi ki, Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları, İnquşetiya tərəfdaşları ilə birlikdə Rusiya və İnquşetiya büdcəsindən, nazirliklərə ayrılan pul xərclərinin qanuniliyini yoxlayır.