Rusiya Donald Trampın qərarını kəskin pisləyir

0
187

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi rəsmi tanımaq haqqında qərarını kəskin şəkildə pisləyir.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Maria Zaxarova açıqlamasında bildirdi ki, ABŞ-ın Qolan Təpələrini İsrailin ərazisi kimi tanıması beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə gərginliyə səbəb ola bilər.
Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Qolan Təpələrini İsrailin ərazisi kimi tanıması barədə bəyanat imzaladığı bildirilir.