Putin: Livan Rusiyanın ənənəvi tərəfdaşıdır

0
213

Livan Yaxın Şərqdə Rusiyanın ənənəvi tərəfdaşı olaraq qalır.
Bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi.
“Livan Yaxın Şərqdəki ənənəvi və uzun müddətli tərəfdaşımızdır. Biz sizin ölkənizin rəhbərliyi və siyasi qüvvələrin bütün nümayəndələri ilə münasibətləri davam etdiririk” – Putin, Moskvada işgüzar səfərdə olan Livan dövlət başçısı Mişel Aunla danışığı zamanı vurğuladı.
Həmkarını salamlayan Rusiya rəhbəri qeyd etdi ki, bu il Rusiya-Livan diplomatik əlaqələrin qurulmasından 75 il ötür.