Rusiya ABŞ-ı sanksiya siyasətinu dayandırmağa çağırdı

0
203

Birləşmiş Ştatlar “Venesuela xalqına sanksiya ilə hücum etməyi” dayandırmalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Maria Zaxarova Amerika Birləşmiş Ştatları prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun son bəyanatını şərh edərkən bildirdi.
Bir müddət öncə, Bolton Venesueladaki vəziyyətlə əlaqədar, ABŞ “Qərb yarımkürəsində” düşmən güclərinin müdaxiləsinə dözməyəcəyini” açıqladı.
O, hansı ölkələri “düşmən” hesab etdiyini açıqlamasa da, bir müddət öncə Rusiyaya Venesuelaya “hərbi təyyarələr deyil, humanitar yardım” göndərməsini təklif etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ son həftələrdə Venesuelaya, o cümlədən dövlət şirkətlərinə qarşı bir sıra sanksiyalar tətbiq etdi. Vaşinqton  yanvar 28-i Venesuelanın milli neft və qaz şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini elan etdi.