Rusiyalı ombudsman Avropa Şurasının baş katibi ilə görüşdü

0
196

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Avropa Şurasının Baş katibi Turbyern Yaqlandla Rusiya və Avropa Şurası arasında insan hüquqları diplomatiyası sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdi.
Bu barədə rusiyalı ombudsmanın rəsmi İnstagram səhifəsində məlumat verilib.
“Bu gün mən Rusiya mövqeyini və insan haqlarının qorunması sahəsində əldə etdiyimiz uğurları Avropa Şurasının rəhbərliyinə çatdırmaq üçün gözəl bir imkan yarandı. Avropa Şurasının Baş katibi Yagland ilə birlikdə, Rusiya ilə Avropa Şurası arasında insan hüquqları diplomatiyası, insan hüquqları və humanitar əməkdaşlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi problemlərini müzakirə etdik” – Moskalkova dedi.