Tambov hipermarketində partlayıcı olduğu bildirilir

0
221

Tambov şəhərində yerləşən “Aşan” hipermarketində partlayıcı qurğu olması barədə anonim zəng daxil oldu. Hadisə nəticəsində hipermarketin bütün alıcıları evakuasiyası edilir.
Bu barədə bölgənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verdi.
“Hipermarketdə partlayıcı qurğunun olması barədə məlumat daxil oldu, hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanları cəlb edildi, alıcıların evakuasiyası təşkil olunub. Sovetskaya küçəsinin bir hissəsi lokallaşdırıldı” – DİN nümayəndəsi bildirdi.
Qeyd edək ki, səhər saatlarında partlayıcı qurğu barədə daxil olan məlumatdan sonra sonra Komsomolets zavodunun 500-dən çox işçisi evakuasiya edildi. Tambov vilayəti administrasiyasının bildirdiyinə görə, daxil olan məlumat yalnış olub.