Ağ Ev Pompeonun Lavrova yeni sanksiyalar haqqında xəbərdar etdiyini bildirdi

0
281

ABŞ Dövlət katibi Mayk Pompeonun bu ilin fevral ayında Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı, ABŞ-ın Salsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini təqdim edəcəklərini söylədiyi bildirilir.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verdi.
“Dövlət katibi fevral ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonda söhbət etdi və Birləşmiş Ştatların sanksiyalar barədə hərəkət edəcəyi haqqında  məlumat verdi” – məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə, Bloomberg agentliyi mənbələrə istinadən, sanksiyaların ikinci paketinin təsdiqi üçün Ağ Evə təqdim olunduğunu bildirdi.