ABŞ-dan Rusiyaya Venesuela ilə bağlı heçbir təklif daxil olmayıb

0
252

Rusiya Venesueladaki vəziyyəti müzakirə etmək məqsədi ilə, o cümlədən ABŞ prezidenti Donald Trampın Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə görüşməsi ilə bağlı heç bir təklif daxil olmayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirdi.

Böyük 20-lik görüşü daxil olmaqla, ABŞ tərəfindən telefon danışığı, yaxud görüşmək təklifi barədə verilən suala, Dmitri Peskov mənfi cavab verdi.
“Xeyr, heç bir müraciət olmayıb” – Peskov bildirdi.
Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Venesueladaki vəziyyəti Rusiya prezidenti Vladimir Putin ilə müzakirəsinin mümkünlüyü barədə açıqlama verdi.