Putin və Paşinyan arasında telefon danışığı baş tutdu

0
274

Prezident Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutdu.
Putin, danışığında Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu təsdiqlədi.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verdi.
Vladimir Putin Rusiyanın münaqişənin hazırkı həll prosesinin əsas aspektlərinə, o cümlədən ATƏT-in Minsk qrupu vasitəsilə həll yolunda kömək etməyə hazır olduğunu təsdiqlədi” – məlumatda deyilir.
Danışıq zamanı ikitərəfli münasibətlərdə bir sıra aktual məsələlər, eləcə də Avrasiya məkanında inteqrasiya assosiasiyaları çərçivəsində qarşılıqlı əlaqələr müzakirə edildi.
Öz növbəsində Nikol Paşinyan Rusiya prezidentinə Dağlıq Qarabağla bağlı danışıqlarda mühüm vasitəçilik roluna görə minnətdarlığını bildirdi.