Qazaxıstan prezidenti Rusiya ilə dostluğun vacibliyini vurğuladı

0
233

Kasım-Comərt Tokayev Qazaxıstanın ikinci prezidenti kimi əsas vəzifələrindən biri Rusiya ilə dostluğu qoruyub saxlamaq olduğunu bildirdi.
Nursultan Nazarbayev martın 20-də Qazaxıstan prezidenti vəzifəsindən istefa etdi. Hazırki Dövlət başçısı Kasım Comərt Tokayev daha əvvəl parlamentin senat sədri vəzifəsini icra edirdi. Onun prezident səlahiyyət müddəti 2020-ci ildə başa çatır.
Tokayev Rusiyanın Qazaxıstanın etibarlı strateji tərəfdaşı və yaxşı qonşusu olduğunu söylədi. O, ölkələr arasında sıx siyasi dialoqun, dərin iqtisadi əlaqələrin qurulduğunu, bütün sahələrdə əməkdaşlığın səmərəli inkişaf etdiyini qeyd etdi.
“Biz xalqlarımızın dostluğunu qorumalıyıq. Qazaxıstanın ikinci prezidenti kimi  bu mənim vəzifəmdir” – prezident qeyd etdi.
Qeyd edək ki, Kremlin mətbuat xidməti, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasim-Comərt Tokayev Moskvada ikitərəfli əlaqələri və Avrasiyada inteqrasiya proseslərinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcəyini açıqladı.