Qazaxıstan Rusiya ilə Qərb arasındakı əlaqələrin normallaşmasına ümid edir

0
343

Qazaxıstan Qərb ilə Moskva arasındaki münasibətlərin normallaşmasına ümid edir. Bumu Qazaxıstan prezidenti Kazım-Jomart Tokayev “Rossiyskaya qazeta”- ya müsahibəsində bildirdi.

Onun sözlərinə görə, dünya siyasətində ümumi mənfi əsaslara baxmayaraq, Qazaxıstan Avrasiya məkanında və daha geniş miqyasda inteqrasiya proseslərini dəstəkləyib və dəstəkləyəcək.
“Biz Qərblə Rusiya arasındakı əlaqələrin normallaşdırılmasını ümid edirik” – Tokayev qeyd etdi.
Qeyd edək ki,Qazaxıstan prezidenti bu həftə Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olacaq. Bu, dövlət başçısı vəzifəsinə gətirildikdən sonra, Tokayevin ilk xarici səfəri olacaq.