Rusiya Yaxın Şərq ölkələrini konfrans təşkil etməyə çağırdı

0
196

Rusiya azad zona yaratmaq movzusunda Yaxın Şərqdəki bütün ölkələri konfrans keçirməyə çağırır.
Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirdi.
“Rusiya kütləvi qırğın silahlarından azad zona yaratmaq mövzusunda konfransda iştirak etməyi planlaşdırır və onun uğurlu həyata keçirilməsinə köməklik edir.
Yaxın Şərqdəki digər ölkələrin konfransın keçirilməsində səy qatmağları vacibdir”
– Nebenzya bildirdi.
Onun sözlərinə görə, 2018-ci ilin dekabrında BMT Baş Assambleyası Yaxın Şərqdə nüvə silahı və digər kütləvi qırğın silahlarından azad zonanın yaranmasına dair qərar qəbul edib.