Rusiya və Venesula digər ölkələri Karakasın işinə müdaxilə etməməyə çağırdı

0
302

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov və Venesuelalı həmkarı Feliks Plasensia digər ölkələrin Karakasın işlərinə müdaxilə etməməyə və özlərinə qarşı güc və təhdidlər tətbiq etməmələri lazım olduğunu təsdiqlədi.

İki ölkə nümayəndəsi arasında keçirilən görüşdə, tərəflər Venesuelada siyasi böhranım sülh yolu ilə həllinə tərəfdar olduğunu, ölkənin siyasi qüvvələri arasında dialoqun yaradılmasına dair işlər aparıldığı bildirildi.
Qeyd edək ki, Yanvarın 23-ü Venesuelanın müxalifət lideri Xuan Guaido, özünü müvəqqəti hökümətin başçısı elan etdi. Eyni gündə Birləşmiş Ştatlar onu hökümət başçısı kimi tanıdı.
Venesuelanın qanuni prezidenti Nikolas Maduro bu hadisəni dövlət çevirilişinə cəht adlandırdı və ABŞ ilə diplomatik əlaqələrin kəsdiyini açıqladı. Rusiya, Belarus, Boliviya, İran, Çin, Kuba, Nikaraqua, El Salvador, Suriya, Türkiyə və bir sıra digər ölkələr Maduronu dəstəkləyir.