Rusiya Liviyadakı münaqişə tərəflərini sakitliyə çağırdı

0
203

Liviyada qarşı tərəflər sakit və və təmkinli olmalıdır. Bu Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumatda öz əksini tapıb.
“Liviyanın münaqişə tərəfləri təmkinli davranmağa səy göstərməlidir. Əks halda ssenari ölkəni olduqca çətin vəziyyətə gətirə bilər. Bu isə öz növbəsində, yeni qurbanlara səbəb olacaq. Belə hadisələrin inkişafı BMT-nin himayəsi altında vahid dövlət qurumlarının ümumi seçkilər vasitəsilə qurulmasının əsas məqsədi ilə sabit bir Liviya daxilində siyasi prosesin yaradılması perspektivini təxirə salacaq” – məlumatda deyilir.