Böyük yeddilik ölkələri Rusiyanı müqavilə şərtlərini yerinə yetirməyə çağırdı

0
440

Böyük Yeddilik (G7) xarici işlər nazirləri, Fransada keçirilən görüşün nəticələrinə dair bəyanatında, Rusiyanı Orta və Qisa mənzilli raketlərin müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırdı.
“Biz Rusiyanı ABŞ-ın İNF müqaviləsindən çıxmasından öncə, müqavilə öhdəliklərini hərtərəfli şəkildə yerinə yetirməyə çağırırıq” – bəyanatda deyilir.
Qeyd edək ki, Fevralın 2-də ABŞ prezidenti Donald Trump, Vaşinqtonun INF-dən çıxma prosedurunun başladığını açıqladı.