Moskva mehmanxanasında bomba həyəcanı

0
356

Hüquq-mühafizə orqanlarının əməkdaşları, Moskvanın mərkəzində yerləşən “Balçuq” mehmanxanasında partlayıcı qurğu olması barədə məlumat daxil olandan sonra, bütün otaqlarda axtarış işlərinə başladı.
Bu barədə Moskvanın Fövqaladə Hallar Xidmətinin nümayəndəsi məlumat verdi.
“”Balçuq” Mehmanxanasında partlayıcı qurğu olduğu barədə anonim məlumat daxil oldu, əməkdaşlarımız hadisə yerinə göndərildi” – nümayəndə qeyd etdi.
Onun sözlərinə görə otaqların yoxlanışı evakuasiya edilmədən aparılır.